Peşə təhsildə aparılan islahatlar mövcud problemi aradan qaldırır.

Azərbaycan Texniki Universitetinin “Biotibbi və radioelektron aparatlarına servis xidməti” ixtisaslaşması üzrə magistrantı, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Qafarov Qadir Arzu oğlunun məqaləsini sizlərə təqdim edirik.

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəyyən tədbir və islahatlar həyata keçirilir.

Fəal pedaqogikanın dərs prosesinə tətbiqinin əsas səbəblərindən biri: informasiya komunikasiya texnologiyalarından (İKT-dən) istifadənin aşağı olmasıdır. Nəzər alsaq ki 2010-cu ildə təhsildə İKT ili elan edilmişdir. Bu da təhsildə son dövrlərdə İKT olan meyil maraq və istəyin əsas tələblərindəndir. Əvvəllər peşə təhsili mühəndis-pedaqoji heyətinin informatika və müasir təlim texnologiyaları ilə işləmə bacarıqlarının aşağı olması və bu natamamlığı kompensasiya etmək istəklərinin olmasından qaynaqlanırdı. Ancaq islahatlar davam etsədə müəyyən qədər problemlər var.

Beləliklə hal-hazırda texniki-peşə təhsilverənlərin əsas da ixtisas fənn müəllimlərinin bilik səviyyəsinin aşağı olması buna paralel olaraq günün tələblərinə cavab verməməsinin əsas səbəbləri aşağıdakılardır.

  • TPT mühəndis-pedaqoji heyətinin əksəriyyəti tədris sahələri üzrə müasir biliklərə sahib deyillər.
  • Müsbət təcrübəni bir PTM-dən digərinə ötürmə mexanizmi mövcud deyildir.
  • İxtisas artırma və yenidən hazırlama proqramları müasir tələbləri ödəmir.
  • PTM-lərdə verilən əmək haqqı yüksək ixtisaslı mütəxəssilərin pedaqoji fəaliyyətə cəlb edilməsinə imkan vermir.

Nəzərə alsaq ki, bu günləri peşə təhsili ilə bağlı son qanunun qəbulu edilməsi, peşə təhsil müəssisələrində müəllimlərin diaqnostik qiymətləndirilməsinin tədbiqi artıq islahatların başlanğıcını müəyyən edir.

Ayrıca onu da qeyd edək ki, universitetləri yeni bitirmiş lakin pedaqoji bacarığı olmayan mühəndislər ixtisas fənn müəllimi işlədiyi müddətdə müəyyən mənada problemlərlə qarşılaşır.

  • Dərs prosesinin təşkilində
  • Uşaq-müəllim münasibətinin qurulmasında
  • Dərsin öyrədilmə metodikasının mənimsəməsində

Bu problemlərin həlli üçün PTM-lər ilə TİPİİ-nun birgə layihəsi olmalıdır. Pedaqoji təcrübəsi olmayan hər bir gənc ixtisasçı müəllim xüsusi kurslardan keçirilməli və bundan sonra auditoriya qarşısına çıxardılmalıdır. Əlbətdə qeyd edilən məsələlərin həlli istiqamətində TİPİİ müəyyən marifləndirici tədbirlər görülməlidir.

Bu problemlərin həlli yolunda aşağıdakı tədbirlər həyata keçirilməlidir.

  • PTM-lərdə mühəndis-pedaqoji kadrlara olan təlabatın aşkarlanması üçün monitorinq sisteminin yaradılması
  • TPT mühəndis-pedaqoji heyətin ixtisas artırma və yenidən hazırlanma proqramlarının müasirləşdirilməsi
  • PTM-lər arasında təcrübı mübadiləsini təmin etmək üçün İKT vasitəsilə “müəllim şəbəkəsinin” yaradılması

Ümid edirəm ki, təhsil sferasında aparılan tədbirlər özünü doğruldacaqdır. Bu günləri aparılan islahatlar artıq öz bəhrəsini verir. İstiqamətlər üzrə hədəflər müəyyən edilib.  Beynəlxalq arenaya qoşulduğumuz bir zamanda artıq islahatlar Avropa dəyərlərinə uyğun qurulur. Bu prosesdə yük təhsilverənlərin boynuna düşür. Əgər təhsilverənlərin səviyyəsi aşağıdırsa, onda tədbirlərin özünü göstərməsi faizidə aşağı olması deməkdir. Bunun üçündə dövlətimiz yüksək nüfuzlu təhsilverənləri formalaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirir. PTM-lərdə məlum problemlərin qismən və ya tam bərpa edilməsi məqsədilə Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində müəyyən tədbir və islahatlar həyata keçirilir. Təhsil müəssisəmizdə yeni fəaliyyətə başalayan mühəndis-pedaqoji heyət üçün mərkəz daxilində kiçik kurslar təşkil olunur, mərkəzimizdə bir neçə müasir tədris otaqları mövcuddur ki, burada İKT-dən istifadə qaydaları mütədmadi olaraq mühəndis-pedaqoji heyyətinə kruslar vasitəsilə çatdırılır. Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində aparılan məqsədyönlü tədbir və islahatlar, sərgi və konfranslar internet resursları vasitəsilə digər PTM-ləri ilə paylaşılır. Bu məsələ də İKT vasitəsilə “müəllim şəbəkəsinin” qurulması problemi aradan qaldırlması istiqamətində mərkəzimiz tərəfindən atılan bir addımdır. İslahatları dəstəkləyir, bir vətəndaş kimi öz üzərimə düşən işi etməyə hazıram.