Onlar təbiətdə kökləri dərin torpağa işləyən ağac kimidirlər……….

Pedoqoji elmin və pedoqoji prosesin təşəkkülü.
Onlar təbiətdə kökləri dərin torpağa işləyən ağac kimidirlər.
Qədim Yunanıstanda varlıların uşaqlarını məktəbə aparıb gətirən insanlara PAYDAQOQOS adlandırmışlar. Zaman keçdikcə bu söz tədricən Pedaqogika sözü ilə əvəz olunmuşdur. Bu sözün mahiyyəti uşaqları məktəbə aparıb gətirəndən fərqli bir anlama çevrilmişdir. Bu günləri pedoqogika uşaqların tərbiyəsi haqqında, pedoqoji proses haqqında fikir, söz, nəzəriyyə, elm kimi təşəkkül tapmışdır. Bəşər cəmiyyəti inkişaf edir, təşəkkül tapır. Bu günləri 21-ci əsr ETİ dövrüdür. Bu günləri cəmiyyətdə təhsildə təlimin tərbiyənin rolu necədir. Hansı formada Pedoqogika inkişaf edir? Yaşlı nəsil bu həyatdan öyrəndiyi sosial təcrübəni, bilik və bacarıqları pedoqoji prosesdə gənc nəslə öyrətmiş və öyrədir. Atalar yaxşı demiş “ Ata evi tərbiyə ocağıdır”
Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü İbtidai İcma qurluşudur. Cəmiyyətin ilkin inkişaf dövründə pedoqoji proses adət və ənənələrin, əmək vərdişlərinin məişətdə bilavasitə iş zamanı uşaqlara aşılanması formasında cəryan etmişdir. Həmin dövrlərdə pedoqoji proses ailə-məişət zəmnində inkişaf etmişdir. Nəzəriyyə, elmi məlumatlar olmamış və meydana gəlməmişdir. Zaman keçdikcə, insanların dünyagörüşü inkişaf etdikcə insanlar öz təlim-tərbiyə məsələlərini atalar sözlərində, laylalarda, bayatılarda, məsəllərdə, dastanlarda, nağıllarda yayamağa və inkişaf etdirməyə başlamışdır. Tam səmimilikdə demək olar ki, Xalq pedoqogikası elmi pedoqogikadan çox-çox əvvəl meydana gəlmiş, onun inkişafına müsbət təsir göstərmişdir. Cəmiyyətin inkişafı gedişində məktəblər yaranmış, təlim-tərbiyə ilə məşğul olan xüsusi şəxslər, ayrıca ictimai fəaliyyət növü olan müəllimlik, tərbiyəçilik meydana gəlmişdir. Məktəbin meydana gəlməsi, təlim-tərbiyənin ictimai fəaliyyət növü kimi formalaşması, məktəb, müəllim, şagirdlər haqqında, təlim-tərbiyə haqqında, bütövlükdə pedoqoji proses haqqında fikirlərin, nəzəriyyələrin, yaranmasına və inkişaf etməsinə müstəsna rolu vardır. Məktəb və müəllim anlayışı təlim və tərbiyənin necə istiqamətlənməsindən və inkişaf etməsindən xəbər verir. Təlim-tərbiyə haqqında ayrı-ayrı şəxslər Platon, Aristotel, Herodot, Məhəmməd Peyğəmbər, Hz Əli, İbn Sina, Təbibi Loğman, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər şəxslərin faydalı, hikmətli, ibrətamiz kəlamları bu günləridə elmin, cəmiyyətin inkişafına təsir edir və cəmiyyəti inkişafa yönəldir. Təlimi, tərbiyəni, əxlaqı, şəxsiyyəti, təhsili və digər məsələri özündə cəmləyib bir elm kimi pedoqogikanın yaranmasında çex pedoqoqu Yan Amos Komenskinin böyük xidməti vardır.. Pedoqogikada Komenski ilk dəfə təhsili, tərbiyəni, təlimi bir araya gətirib elmi zəmində izah etməyə və elimi əsaslarla sübut etməyə çalışmışdır. Mən belə hesab edirəm ki, bu nəzəriyyə yetərincə qəbul olunmuş və bu günləri təhsilin pedoqogikanın ayrılmaz bir hissəsinə çevrildiyinin canlı şahidi oluruq. Əgər biz əxlaqlı cəmiyyət və ləyaqətli vətəndaş istəyiriksə təlimin, tərbiyənin, təhsilin dəyərini bilməli və onu lazımı şəkildə təbliğ edib, inkişafa doğru addımlamalıyıq. Biz bu gün insanlara doğru bilik və savad versək və dərindən elmi, təlimi, tərbiyəni, əxlaqı öyrətsək onlar təbiətdə kökləri dərin torpağa işləyən ağac kimi möhkəm, əyilməz, vüqarlı olarlar.