Nizami Gəncəvi yaradıcılığında insana məxsus keyfiyyətlərin təbliğ olunması

O, bütün xalqalara hörmət və ehtiramla yanaşır

Azərbaycanın dahi sənətkarlarından biri, Azərbaycan klassik ədəbiyyatın banilərindən biri olan Nizami Gəncəvi ədəbiyyatımızn ən hümanist və beynəlmiləlçi şairidir. Onun əsərləri insana xidmət etmək, insanın haqqını qorumaq, insanı kainatda tutduğu mövqeye uyğun olaraq yaşamağa və işləməyə çağırmaq üçün yaradılmış bir sənət xəzinəsidir. Nizami sadə zəhmətkeş insanlaradan başlamış, alimlərə, sərkərdələrə, əyanlara, hökmdarlara qədər hamını xeyir işlər üçün yaşamağa, insanlara kömək əli uzatmağa dünyanı-yer kürəsini öz əməlləri ilə bəzəməyə, abadlaşdırmağa, gözəlləşdirməyə çağırmışdır. Nizami hümanist bir insan olmaqla yanaşı beynəlmiləlçi bir şair olmuşdur. Bu xüsusiyyət onun əsərlərində öz əksini tapır. Nizami yaradıcılığında vətənpərvərlik, yurd, torpaq sevgisi daha güclüdür. O, əsərlərində ölkəmizin tarixi hadisələrindən danışır, xalqımızın qəhrəmanlığından və nəcib keyfiyyətlərindən söhbət açır. Nizami dünyasına görə vətən bir müqəddəs anlayışdır. Onu sevməyin, yadelli düşmənlərdən qorumağın hər an vacib olduğunu anlayıb və bu ruhda maairfləndirci təbliğatlar aparmışdır.  Şair öz şeirlərində vətənə xidmət etməyən, satan, öz zəhməti ilə vətənin abadlaşmasına xidmət etməyən adamları psləmi, onları nadan, şərəfsiz, xudbin adlandırmışdır. Məhz elə buda Nizami yaradıclılğındakı insai keyfiyyətlərin kimdə olubolmamasını bir daha sübut edir. Nizami yaradıcılığının ən mühüm xüsusiyyətlərindən biri şarin zəhmət adamlarına məhəbbətlə yanaşması, onların yadda qalan surətlərini yaratmasıdır. Şairi əsas qəhraman şahlar, xaqanlar olsada onun ürəyi xalqın tərəfində olmuş daima öz əsərlərində xalqla necə rəftar etməyin yollarını göstərmişdir. Nizami insana məxsus olan ən nəcib sifətləri əməksevərliyi, müdrikiyi, gözütoxluğu, həqiqəti cəsarətlə deyilə bilməyən zamanda Nizami böyük hünərlə bu fikirləri xalq arasında yayırdı. Dahi sənətkarın böyük rəğbətlə və məhəbbətlə surətini yaratdığı kərpickəsənlər, əkinçilər, çobanlar, daşyonanlar, kənizlər, memarlar üz-üzə gəlidkləri mənfi surətlərdən  hər cəhətdən yüksəkdə dayanırlar. “Kərpickəsən kişinin dastanı” və “Süleyman və Əkinçi” ənzum hekayəsində təsvir edilən kərpickəsən və əkinçinin  zəhmət çəkməyi, əməksevərliyi –zəhmətlə çalışmğa çalışan insanlara bir örnəkdir. “Xosrav və Şirin” poemasındada əməkçi insan olan Fərhad hökmdar Xosrovdan qat-qat üstün tutur və ona ibrət dərsi öyrədir. “Yeddi Gözəl” poemasında hökmdar Bəhram gurov zamanı rast gəldiyi çabanın hərəkətindən ibrət götürür, ölkəni necə idarə etməyin qatydasını ondan öyrənir. Əslində Nizami Gəncəvi bu cür yanaşması ilə hələ keçmiş zamanlarda  belə xalq hakimiyyətinin və demokratiyanın olmasından, xalqla münasibətin, xalqala davranış qaydalarının inkişaf etməsindən xəbər verir. Ustad Sənətkar yaradıcılığında qadına münasibət həm öz sələflərindən əvvəl həmdə, çağdaşlarından çox yüksəskdə dayanır. Orta əsr qadının mənəvi gözəlliyini, sevgisini, iradəsini, təqdir edən şair bütün bu keyfiyyətləri ilə Leyli Məcnun poemasında Leylinin timsalında əks etdirmişdir. Fitnədə məhz bu cür obrazlardan biridir.  Şair öz poemalarında qadınlara vermiş olduğu dəyər onu bu məsələdə ən qabaqcıl bir mövqedə durduğunu nümayiş etdirir. Bunu Nizami hümanizminin ən ali və qanunauyğun təzahürlərindən biri kimi qiymətləndirmək olar. Şair “Sirlər Xəzinəsi” poemasındakı hekayələr insanı cahil olmaqdan çəkindirir, qocalara hörmət etməyi aşılayır, şah zülmkarlığının aradan qaldırılmasını təbliğ edir. Buna misal olaraq “Sultan Səncər və qarı” hekayəsində dövrün hökmdarlarının zülmü zəif, yaşlı bir qadının dili ilə söylənilir. Bu hekayədə ədalətin pozulması ölkə başçısının fəaliyyəti ilə bağlıdır. Və yaxudda Zalım padşahla Zahidin dastanı hekayəsində Nizami Şahla rəiyyətin davranış qaydalarına toxunaraq bu məslələri qabartmışdır. Nizami yaradıcılığında bütün müsbət əxlaqi keyfiyyətlər insana aşılanır, insanın mayası bu cür ideyalarla yoğrulur. Şair ikiüzlülüyü, qeybətçiliyi, bədxaxlığı, özgəsinin zəhməti hesabına yaşamağı, yaltaqlığı və başqa bu kimi yaramaz sifətləri insana yaraşmayan cəhətlər kimi dönə-dönə rədd edir.  Nizaminin fikrincə ağıllı düşmən ağılsız dostdan yaxşıdır.

Hazırladı. Turanə Orucova.

Deyerlerimiz.az portalının yazarı, İbtidai sinif müəllimi.