Milli mənəvi dəyərlərin təbliğ olunmasında Şifahi xalq yaradıclığının rolu

Ədəbiyyatın birinci vəzifəsi insanı tərbiyə etməkdir.

Ədəbiyyat insanın, cəmiyyətin hislərini, düşüncələrini, arzu və istəklərini obrazlı əks etdirən söz sənətidir. Bu söz sənətiinin ən inkişaf etmiş qolu Şifahi Xalq yaradıcılığıdır. Şifahi Xalq ədəbiyyatının birinci vəzifəsi insanı tərbiyə etməsi, özünü dərk etməsində, ləyaqətli vətəndaş kimi tərbiyə olunmasında Şifahi xalq ədəbiyyatı mühüm bir vasitədir. Bu dərin məna kəsb edən söz sənəti insanı düşündürməyə, həvəsləndirməyə, insanın həssaslığının artmasına çox böyük kömək edir. Daxili qüvvə verir, insanı həyata səsləyir, belə desək yeni mənəvi keyfiyyətlərin yaranmasına səbəb olur. Şifahi xalq yaradıcılığı insanlarda vətənpərvərlik hisslərini gücləndirir. “Vətəni sevməyən insan olmaz, olsada o şəxsdə vicadnı olmaz”  kimi ifadələr vətənpərvərlik anlayışının məzmununu yaxşı şərh edir. ədəbiyyat insanda əməyə məhəbbət hissi oyadır, onda əməksevərlik qabiliyyətini inkişaf etdirir. Belə desək əfsanəvi qəhramanlardan Fərhad, Sarvan , Usta ramazan kimi sənətkarlar ilk ağıla gələnlərdəndir. Bu şəxslər əməksevərlik nümunələri ilə xalqın yaddaşında silinməz izlər qoymuşdur. Şifahi xalq ədəbiyyatı həmçinin məzmununa görə  xalq ruhunun, xalq dünyagörüşünün ininkası kimi də fərqlənir. Burada Milli məfkurə, milli adət-ənənlər, həyat tərzi daha güclüdür. Bu ədəbiyyat nümunəsinin hər bir janrında, növündə milli mentalitet və milli mənəvi dəyərlər ideyası daha güclüdür. Bayatı, atalar sözü, məsəllər, əmək, mövsüm nəğmələrində müxtəlif məzmun- insanların ağır həyat tərzi, məhəbbəti, vətən həsrəti, haqsızlıq və zülmə qarşı ümümxalq etirazı ifadə olunur. Məsələn Azərbaycan Şifahi Xalq yaradıcılığının ən geniş yayılmış janrın olan bayatıda sevgi-məhəbbət hissinin ifadəsi geniş yer tutur.  Bunnla yanaşı əxlaqi-tərbiyəvi məzmun daşıyan, insan həaytının qədrini bilməyə, qurub yaratmağa, cəmiyyəti gözəlləşdirməyə çağıran, vətənə, ailəyə, ata-anaya, sevgi məhəbbət aşılayan, insan ruhunun təmizlənməsinə və ona əxlaqi keyfiyyətlərin aşılanmasına xidmət edən bayatılarda vardır. Bayatı kimi geniş yayılmış anaların, nənələrin dilindən düşməyən laylalarda beşik başında uşağı sakitləşdirmək, ona yuxu gətirmək, oxşamaq, məqsədi ilə söylənilən yaxudda zümzümə edilən bir janrdır. Laylada ən çox ana uşağına olan məhəbbətini, ona bağladığı ümüdünü, gələcəyə böyük inamını ifadə edir.

 

Layla dedim yatınca

Gözlərm ay batınca

Canım cəzana gəldi

Sən hasilə catınca

Azərbaycan Şifahi Xalq ədəbiyyatının ən geniş yayılmış, keçmişdən bu günə qədər dildən-dilə, eldən-elə keçərək xalqın dilində əzbər olmuş atalar sözləridə həyat-məişət haqqında, qənaət, bəzəndə məcazi mənada işlənən dolğun ifadələrdir. Atalar sözü insanlarda əxlaqi keyfiyyətlərin aşılanmasında, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Atalar sözlərində düzlük, mərdlik, əməksevərlik, vətənpərvərlik, hümanizm təbliğ olunur. Nağıllarda da xalq müdrikliyi, təbliğ olunur. Ağıla, düşüncəyə üstünlük verilir. Bütün sirlər ağıl və düşüncənin mühakiməsi nəticəsində aşkara çıxır. Şifahi Xalq yaradıcılığının ən inkişaf etmiş janrlarından biridə dastanlardır. Dastanlar xalqın, vətənin azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan mərd oğulların fəaliyyətini, onların şəxsi igidliyini, fədakarlığını əks etdirir. “Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi” və s dastanlarda  qəhramanlar, igidlər ana vətəni qorumaq üçün yadelli işğalçılara qarşı ölüm dirim mübarizəsi aparmışdır. ədəbiyyatın birinci vəzifəsi zövq verməkdirsə ikinici vəzifəsi insanları tərbiyə etmək, onlara gözəl mənəvi əxlaqi sifətlər aşılamaq, həayatda düzgün mövqe göstərməkdən ibarətdir. Mənfi xüsusiyyətlərin doğurduğu tənbəllik, xudbinlik, xəsislik,  bütün eybəcərlikləri təsvir edən ədəbiyyat  cəmiyyəti həmin qüsurlardan təmizləməyə, insanları ruhən, mənən təmizləməyə, müalicə etməyə çalışmışdır. Ümumiyyətlə ədəbiyyat, incəsənət  insanlığı tərənnüm etməyə meyillidir.

Azərbaycan Şifahi xalq ədəbiyyatındakı ideya  və düşüncələr, mərdlik, əməksevərlik və digər gözəlliklər insanın kamilləşməsinə və onların mənəvi cəhətdən inkişafına xidmət edir. Tarixin sınağından keçən bu dəyərli, hikmətli fikirlər yetişməkdə olan gənc nəsilin düzgün tərbiyə olmasına xidmət edir. Biz öz milli dəyərlərimizi lazımınca qiymətləndirib, onu təbliğ etməliyik.

 

Hazırladı. Turanə Orucova

Deyerlerimiz.az portalının köşə yazarı, İbtidai sinif müəllimi.