Məktəbi idarəetmənin mahiyyəti, vəzifələri və xüsusiyyətləri

İdarəetmə ingilis sözü olub “ Management” rus dilində isə “Upravleniye” türk dilində isə “Yönetim” kimi tərcünə olunur. Lakin idarəetmə ilə menecment anlayışı eyni deyildir. İdarəetmə anlayışı daha geniçdir. Obrazlı desək, o dövlətin də, avtomobilində idarə olunmasını bildirir. Ümumiyyətlə, müasir idarəetmə nəzəriyyəsi XIX əsrin son 10 illiyində meydana gəlmişdir. Bu zamandan bəri bir çox iqtsiadi, mədəni texniki dəyişikliklər baş vermişdir. Müasir idarəetmə nəzəriyyəsi bir neçə mərhələni keçərək indiki forması ilə günümüzə gəlib çatmışdır.
Elmi idarəetmə nəzəriyyəsi
Administrativ idarəetmə nəzəriyyəsi
Davranış idarəetmə nəzəriyyəsi
İdarəetmənin elmi nəzəriyyəsi
Təşkilatı mühit nəzəriyyəsi

Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən, sosial-iqtisadi münasibətlər təhsil sisteminin bu proseslərə çevik, dinamik adabtasiya olunmasını tələb etdiyindən, təhsilin keyfiyyətli və onun səmərəli idarə olunması problemləri ön plana çəkilir. Yeni istehsal və mülkiyyət münasibətlərinin formalaşdığı, beynəlxalq əlaqələrin genişləndiyi, təhsilin qabaqcıl dünya təcrübəsinə inteqrasiya olunduğu XXI əsrdə təhsil meneceri korpusunun əsasını təşkil edəcək ixtisaslı idarəedici kadrların hazırlanması üzrə sistemli işin aparılmasına zəruri tələbat yaranmışdır. Təhsil sistemində pedaqoji kadrların rəhbər vəzifəyə irəli çəkmək istiqamətində mərkəzləşmiş idarəetmədə olan təcrübə və ənənələr artıq günün tələbinə cavab vermir.

Məktəbi idarəetmənin mahiyyəti  vəzifələri   və xüsusiyyətləri: Məktbin idarəedilməsi pedaqogikanın vacib bir sahəsidir. Onun obyekti məktəb və oradakı proseslər, mövzusu isə bu proseslərin qanunauyğunluqlarını və səmərəli təşkili yollarını öyrənməkdən ibarətdir. Hazırda cəmiyyətimizdə gedən sosial-iqtisadi, elmi-texniki və mədəni tərəqqi, hər sahədə olduğu kimi, məktəb qarşısındada yeni tələblər qoyur. Bu isə öz növbəsində məktəbi idarəetmənin yeni əsasda qurulmasını, düny təhsil sisteminə inteqrasiyasını təmin etmək zərurətini irəli sürür. Təcrübə göstərir ki, idarəetmə fəaliyyətinin səmərəsi idarəetmənin nəzəri və tədbiqi məsələlərinə, metodoloji əsaslarına və texnologiyasına yaxşı yiyələnməklə sıx bağlıdır.

     İdarəetmə- Qarşıya qoyulmuş məqsəd və vəzifələri həll etmək üçün idarəetmə subyektlərinin müvafiq obyektlərə təsir göstərməsi ilə bağlı fəaliyyət növüdür. Məktəbi idarəetmə dedikdə, pedaqoji proses iştirakçılarının məqsədyönlü qarşılıqlı təsiri başa düşülür. Idarəetmənin struktur ünsürlərinə idarəetmə subyektləri və obyektləri habelə onlar arasındakı  qarşılıqlı münasibətlər daxildir. İdarəetmə subyektləri idarəetmə fəaliyyətini həyata keçirən bu sahədə səlahiyyətlərə malik olan şəxslər, idarə və təşkilatlardır.  İdarəetmə obyektləri isə idarə, edilən sahələr, şəxslər, kollektivlər, təşkliati strukturlar və.s daxildir.