Adət-Ənənələr bəşəriyyətin təkümül prosesinin nəticəsidir

Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir. Bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edib. Araşdırmalardan belə qənaətə gəlmək olar ki,  bizim adət-ənənələrimiz lap Üst Paleolitdən bu günə kimi zənginləşərək, modernləşərək bizə gəlib çıxmışdır. Ən maraqlısı odur ki, adət-ənənələr o cümlədən bayram və mərasimlər insan həyatının sosial-mənəvi tərəflərini özündə cəmləmiş, mühavizə edərək, nəsildən-nəsilə, eldən-elə, əsrdən-əsrə ötürə bilmişdir. Adət bir xalqın keçmiş tarixi, onun həyat tərzi, dünyagörüşüdür. Elə buna görədə bəşər tarixinin müxtəlif dövrlərində adət və ənənələr dünya alimlərinin diqqət mərkəzində olmuşdur. Platon, Demokrit, Epikur, Didro, Sokrat və başqaları öz əsərlərində adət və ənənələr haqqında maraqlı fikirlər söyləmişlər. Adət-ənənələr bir xalqın inkişaf etməsində və formalaşmasında müstəsna rolu kimi qiymətləndirən qədim yunan filosofları daima bu adətlərin təbliğ olunmasını vacib saymışlar. Milli adət ənənlərin mahiyyəti o dur ki, insanların dünyagörüşünə və onların əxlaqına müsbət təsir göstərə bilsin. Hər bir insan öz adət və ənənələrinə sahib çıxmalıdr. Ulu babalarımızdan bizə miras qalan bu adətlər bu günləri mühavizə edilərək gənc nəsilə ötürməlidir. Adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu danmaq olmaz. Cünki bu adət və ənənələr cəmiyyətin aynası hesab etmək olar. Milli adət-ənənə deyən zaman ilk öncə böyüyə-kiçiyə hörmət, süfrə mədəniyyəti, ailə sevgisi, yada düşür. Milli mentalitetə görə özündən böyüyə lağ etmək, onu təhqir etmək olnaz. Hətta Azərbaycan klassik ədəbiyyatın banisi ustad Nizaminin əsərlərində də özündən böyüyə lağ etməyin, yaşlı insanların xətrinə dəyməyin çox pis olduğunu vurğulayan şair insanları xüsusəndə cavanları bu yoldan çəkindirməyə dəvət etmişdi. Valideynə sevgi həm dinizmizin, həmdə islamdan əvvəlki dövrdən qalan bir mədəniyyət və əxlaqi dəyərdir. Adət-ənənnə deyəndə vurğuladığımız kimi bayramlarda buna daxildir. İstər dini, istərsədə islamdan əvvəlki dövrlərdə olan mərasimlər insanın mənəvi aləminin zənginləşməsinə, dünyagörüşünün formalaşmasına, insanda əxlaqi dəyərlərin inkişaf etməsinə müsbət təsir göstərmişdir. Buna misal olaraq Azərbaycanın qədim bayramlarından biri də Novruz bayramdır. Bu bayramda küslülər barışmalı, qohumlar bir-birinin evinə ziyarət etməli, dostluq münasibətləri qorunub saxlanılmalıdır. Kimsəsizə, fəqirə, kasıba yardım edilməli, insanlara sevgi qayğı göstərilməlidir. Bu cür bayramlar insanın mənəvi aləmini inkişaf etdirərək, insana hümanizmi, ədaləti aşılayır. Novruz bayramı, Qurban bayramı, Ramazan bayramıda bizə bu adətləri, mədəniyyəti aşılayır. Novruz bayramı baharın gəlişi, təbiətin oyanması və insan ruhunun paklanması və mənəvi cəhətdən təmizlənməsi ilə əlaqədər bir bayramdır. Qədim dövrdə insanların həyatı üçün vacib olan suyu, odu, torpağı, yeli müqəddəs saymışlar. Rəmzi ifadələrlə zəngin olan bu mərasimlər çərşənbələr də adlanmışdır. Çərşənbələr Novruzun gəlişini müjdələyən bir xalq inancıdır. Hər çərşənbənin bir mahiyyəti və adəti vardır. 4 çərşənbə vardır.

Od çərşənbəsi. Od çərşənbəsində tonqal qalanır, üzərindən tullanılır, məqsəd dərdi-səri, kin-küdurəti özündən atır, mənəvi cəhətdən özünü təmizləyir. Baharın gəlişini bu cür qeyd edən insanlar təbiətin gücünə və qüdrətinə inam bəsləmişlər, Odu təbiətin bir ayrılmaz hissəsi kimi baxmış və onu müqəddəs saymışlar. Yaxudda Qodu-qodu oyunu ilə sübhə qədər günəşi köməyə çağırmışlar.

Yel şərşənbəsi. Azərbaycan mifiologiyasında yel- yəni külək də müqəddəs sayılmış, Yel baba ümidi ilə dualar edilmişdir. Bu xalqın keçmiş inancı və onun mənəvi dəyərləridir. Bu günə kimi gəlib çıxan bu adətlər insanlar arasında geniş yayılmışdır.

Su şərşənbəsi. Bu çərşənbənin mahiyyəti odur ki, qədim dövrdə quraqlıq olan zaman inasanların dua etməsi və suyun, yağışın olmasını diləməsidir. Bu adətdə bu günümüzədək gəlib çıxmışdır.

Torpaq çərşənbəsi. Bu çərşənbədə torpaq oyanır, təbiət canlanır. Bu axırıncı çərşənbədə insanlar bir biri ilə barışır, tonaqllar qalanır, süfrələr bəzənir Azərbacan Milli mətbəxinin dadlı, ləziz xörəkləri bişirilir, xonçalar bəzənir, Şəkərbura, Qoğal, Paxlava, qoz, fındıq, kişmiş, yumurta boyanır, şamlar yanır. İnsanlar qulaq falına çıxır, papaq atılır. Bu kimi dəyərlər bu günümüzədək gəlib çıxmışdır. Bundan başqa adətlər, bayram və mərasimlər xalqımızın tarixi dəyərləridir.

 Məqsəd bu adətləri dünyaya təbliğ etmək, öz dəyərlərimizi lazımınca qiymətləndirməkdir. Böyük xəzinəyə malik olan bir xalqın adət və ənənə sevgisi bu günləri də davam etməkdədir. Çünki keçmiş tarixə, zəngin mədəniyyətə, sağlam adətlərə sahib olan bir dövlətik.

Hazırladı. Cavid Cəfərzadə

DMDT İB sədr müavini, İbtidai sinif müəllimi