Sinif rəhbəri anket sorğu keçirən zaman açıq tipli suallardan istifadə edə bilər.
Sinif rəhbəri üçün şagirdlərin istəklərini, idraki maraqlarını vaxtında öyrənmək vacibdir ki, onları işdə tətbiq edə bilsin. Formasına görə anketlər açıq (şagird cavabı sərbəst qeyd edir, öz fikirlərini yazır) və qapalı (verilmiş cavabların arasından uyğun variantı seçir) olur.
Açıq suallara verilən tələblər aşağıdakılardır:
1.  Sualın qoyuluşunun qrammatik cəhətdən düzgün olması;
2. Sualın kifayət qədər aydın və yığcam olması, çətin sözlərdən istifadə olunmaması;
3. Sualda kifayət qədər daha çox məlumatın olması;
4. Sualdan nəyin gözlənildiyinin araşdırılması;
5. Açıq sualların relevantlıq baxımından müəyyənləşdirilə bilən sahəyə-bacarığa aid olması;
6. Sualın yalnız müvafiq (relevantlıq)bacarıq vasitəsilə cavablandırmaya aid olması;
7. Sualın aldadıcı olmaması-sualın mənanı tutmaqla, cavablandıra bilən olmaması;
8. Şagirdlərin yaş, bilik və dünyagörüşlərinə müvafiqliyi;
9.  Sualların aidiyyəti olmayan məlumatın hesabına artırılmaması və s

Açıq suallar aşağıdakı formada təqdim olunmalıdır:
1. Suallar və onun hissələrinin seçilə bilən olması;
2. Sualların nömrələnməsinin aydın olması;
3. İşarələrdən qaydalara – ənənəyə uyğun olaraq istifadə olunması;
4. Şəklin, cədvəlin və s. qrafik cəhətdən düzgün olması;
5. Şəkillərə, cədvəllərə istinadların düzgün olması və s. Bir neçə cavab variantlı sualların üstün cəhətləri aşağıdakılardır:
6. Məzmunla bağlı nümunənin daha geniş çeşidli olması;
7. Balların hesablanmasının nisbətən aşağı olması;
8. Balların hesablanmasının obyektiv olması;
9. Şagirdin vaxtdan səmərəli istifadə etməsi;
10.  Yazmaq bacarığının tələb olunmaması;
11. Mexaniki bal hesablanmasının mümkün olması