Əxlaq insan cəmiyyətinin mədəni inkişafının göstəricisidir

Xalq arasında “əxlaq” sözünün sinonimi ismətli, mərifətli, ədəbli, alicənablı, qanacaqlı, tərbiyəli kimi başa düşülür. Bir insanın zinəti onun tərbiyəsi və gözəl əxlaqıdır. Hər bir insan özünü mənəvi cəhətdən təmizləməli və pak etməlidir. Əxlaqı təmiz olan adama el arasında insan adamdır, mərifətlidir, əsil adamdır, qanacaqlıdır kimi sözlərə rast gəlirik. Əxlaq insan cəmiyyətinin mədəni inkişafının nəticəsidir. Yəni o bir günə, bira aya, bir ilə meydana gəlməmişdir. Bu dəyərlərin inkişaf etməsi min illər boyu baş vermişdir. Lap qədim dövrlərdən İbtidai icma dövründən bu günkü dövrə qədər cəmiyyətlə bərabər formalaşmış yetkin insan ağlının tələblərindən təzahür etmişdir. Onun ilkin yaranışının təməlində rəftar qaydaları dayanmışdır. İnsan yaşadığı müddətdə heç kimin xətrinə dəyməməli, incitməməli, yalan danışmamalı, xəbərçilik etməməlidir. Əxlaq tərbiyəsinin bünövrəsini dediyimiz kimi rəftar qaydaları dayanır. Tədricən adət-ənənələr meydana gəlmiş bu adətlər insanlara aşılanmış, insanların ruhuna işləmiş, mənəviyyatına təsir göstərmiş, dünyagörüşünə təsir etmişdir. Həyat tərzi inkişaf etdikcə, möhkəmləndikcə qaydalar möhkəmlənib əxlaqa çevrilmişdir. Hər bir xalqın öz əxlaqı dəyərləri və baxışları vardır. Azərbaycan xalqının öz əxlaqı dəyərləri tarxinin sınağından keçmiş, bir millətin inkişaf etməsinə mübət təsir göstərmişdir. Başlıca ailə bağları, namus, abır-həya, ismətli olmaq, ataya-anaya sevgi, vətənə bağlılıq, mərdlik, qoçaqlıq, sadəlik, təvozökarlıq, düzlük, halaçılıq, əməksevərlik, həmrəylik, doğruçuluq, yoldaşlıq və.s hesab olunur. Vətənə xəyanət edən adamda nə abır, nə həya , nə də namus vardır. Mərdlik, qoçaqlıq, vicdanlıq deməli bu adamın xislətində yoxdur. əxlaqi dəyərləri özündə əks etdirə bilmir. Rəftar qaydaları xalqın ifadəsində ədəb-ərkanda adlandırılır. Yetişməkdə olan gənc nəsilin dünyagörüşünü formalaşdırmaq üçün lap körpəlikdən onlara ədəb-ərkan qaydaları aşılnmalı, ədəb-ərkanı gözəl olan insan əxlaqı təmiz olandır. Bəzəndə buna elimdə etika da deyilir.

İstər qız olsun istər oğlan ədəb-ərkanı təmiz olan insan bunlara əməl etməli, öz insanlıq borcunu yerinə yetirməlidir. Böyüklərə hörmət etməli, yaşlıların qayğısına qalmalı, kiçikləri əzizləməli, onların zəhmətini çəkən valideyn, müəllim, tərbiyəçi, nənə-baba kimi varlıqların qiymətini bilməli onlara yüksəsk dəyər və qiymət verməlidir. Oğlanlarda, qızlarda vətənpərvər olmalı, insanlara istiqanlı olmalı, ona əmanət qoyulan dəyərlərə, vətənə, elə, obaya sahib çıxmalı, dostluq və yoldaşlıqda sədaqətli olmalı, insanpərvər, halal, əməlisaleh, zəhmətsevər olmalıdır.

Azərbaycan xalq pedoqogikasına əsasən ədəbli-ərkanlı xanımlar bu cür davranmalı və bunlara əməl etməlidir. Qızlar yerişində, duruşunda, gülüşündə, danışığında diqqətli olamlı, ucadan danışmamalı, ucadan gülməməlidir. Geyim və keçiminə diqqət etməli, Ailəcanlı olamlı, gələcəyin ana adına layiq olmalıdır. Bu deyimlər tarixdən bu günə kimi gələn hikmətli sözlərdir.

Oğlanlar isə cəsur, qeyrətli, əməksevər, vətənini qoruyan olmalıdır. Əxlaq tərbiyəsi İstər Şifahi Xalq yaradıcılığında, istərsədə yazılı ədəbiyyatda mühüm yer tutur. Sadaladığımız deyimlər, qaydalar bizə keçmişdən miras qalmış, şifahi nitqimizdə bu günkü dövrə qədər gəlib çıxmışdır. Ancaq bu günləri əxlaqla bağlı bir sıra adətlər var ki, unudulmaqdadır. İnsanlarla ünsiyyət, etik-estetik normalar unudulmaqdadır. Unudulan adətlər içərisində  bunuda vurğulamaq lazımdır ki, keçmişlə bu günkü ailə-məişət münasibətləri eyni deyildir. Bəzi Azərbaycan bölgələrində bu cür kəlimələr hələdə işlədilir. Gəlin qaynatasına ağa, ağadadaş, qaynanasına məmə deyərdi, böyük qayınlarına Şahmirzə, Gülmirzə deyərdi, böyük qayınlarınn yoldaşına, Noğulbacı, Şirinbacı, Xanbacı deyərdi. Qayınlar gəlinlərinə gəlinbacı deyərmiş. Qədimidə gəlinlər öz atalarına göstərmiş olduğu hörməti, sevgini öz qaynatalarına göstərərdilər. Bunlar bizim yavaş-yavaş unudulan rəftar qaydaları və əxlaq dəyərlərimizdir.

Çalışmaq lazımdır ki, xalqımızın unudulan və yaddan çıxan adətlərinə sahib çıxaq. Onları qoruyaq və gənc nəsilə ötürək ki, onlarada bilsinlər ki, bizim soykökümüz, kimliyimiz nədir, tarimiz nədir. Bunun üçündə cəmiyyətdə maarifçilik mexanizmi işə salınmalı, hər kəs  öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Hazırladı. Cavid Cəfərzadə

DMDT İB sədr müavini. İbtidai Sinif müəllimi.