Təlimlər BŞTİ və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.

Deyerlerimiz.az saytı məlumat verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.

Təlimlər  BŞTİ və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.

Təlimlərin keçirilməsinin əsas məqsədi BŞTİ əməkdaşlarının maliyyə savadlılığının, iqtisadi bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlimlərdə maliyyə savadlılığı, pul nişanları, istehlak büdcəsinin planlaşdırılması, mövcud resurslardan qənaətlə istifadə, rəqəmsal ödənişlər, istehsal infrastrukturları və bank xidmətləri barədə təqdimatlar keçirilib, mövzular üzrə  səmərəli fikir mübadiləsi və müzakirələr aparılıb.