Təhsil işçilərinin qabaqcıl təhsil işçisi döş nişanı və Fəxri Fərmanı ilə təltif olunması necə müəyyən edilir?

Bu qaydalar 2002-ci ildən bəri tədbiq edilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 3-cü bölməsinin 3.5-ci bəndinin 26-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı ilə təhsil sisteminə daxil olan idarə, müəssisə və təşkilatların işçiləri, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi orqanlarının əməkdaşları təhsil sahəsində səmərəli fəaliyyət göstərdiklərinə və maarifçiliyin inkişafında yüksək nailiyyətlər əldə etdiklərinə görə aşağıdakı hallarda təltif edilirlər:

1.Təhsil sahəsində dövlət tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsinə görə

2.Təhsil sisteminin, eləcə də təhsil müəssisələrinin idarə olunmasında yüksək menecment fəaliyyətinə və idarəçilik səriştəsinə görə

3. Gənc nəslin təlim-tərbiyəsində əldə edilmiş yüksək nəticələrə görə

4. Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə

5. İxtisaslı fəhlə və orta ixtisas təhsilli kadrların hazırlanmasında əldə edilmiş nailiyyətlərə görə

6. Rəhbər və pedaqoji kadrların hazırlanması, tərbiyə edilməsi, ixtisasının artırılması və yenidən hazırlanması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması sahəsində yüksək nəticələrə görə

7. Dərsliklərin, tədris-metodiki və əyani vəsaitlərin hazırlanmasında yüksək nəticələrə görə

8. Təhsil sahəsində elmi-tədqiqat işlərinin səmərəliliyinə görə

9. Təhsil sistemində islahatların həyata keçirilməsi sahəsində əldə olunmuş yüksək nəticələrə görə