“Sağlam həyat tərzinin formalaşmasında ictimai fəallığın artırılması”

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə növbəti uğura imza atdı. İctimai birlik bu dəfə“ Sağlam həyat tərzinin formalaşmasında ictimai fəallığın artırılması” adlı layihəsini hazırladı. Təşkilatın sədri Əli Cəfərov Deyerlerimiz.az saytına açıqlama verərək layihənin məqsədindən danışdı. Təlimlərin şagirdlərin dünya görüşünə onların, intelektual savadının artmasına müsbət təsir göstərəcəyini bildirdi. Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə, gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın vacibliyini, pis vərdişlərin insana vurmuş olduğu ziyanı, sanitar gigeynik qaydalara əməl etməyin vacib olduğunu vurğulayan sədr qısa müddət ərzində təlimlərə başlayacağını söylədi.