QƏDİM TÜRKLƏRƏ AİD HEYKƏLLƏR TAPILIR.

YENİZAMAN.AZ saytı məlumat veriri ki,Qazaxıstanın paytaxtı Astanada yerləşən Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşəbbüsü ilə Monqolustan “Şiveet Ulaan” qədim Türk adət-ənənələri abidələr kompleksində başlanmış arxeoloji qazıntılar davam edir. Bu ilin iyul ayının əvvəlində TWESCO prezidenti Darxan Kıdıralinin rəhbərlik etdiyi layihə çərçivəsində tanınmış monqolustanlı arxeoloq D.Tsevendorj və qazaxıstanlı türkoloq N.Bazilhanın idarəçiliyində başlanan qazıntı işləri Şiveet Ulaan kompleksinin yerləşdiyi mövqedə davam edir. Bengütaşın yer aldığı sahədə arxeoloqların gərgin səyləri nəticəsində qədim türklərə aid heykəllər tapılıb. Bununla yanaşı, movzeley daşlardan təmizlənib, quruluşu, təməli, forma və həcmi müəyyən edilib.

Qeyd edək ki, bu layihə Monqolustan Milli Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutu ilə birlikdə həyata keçirilir.

Onu da bildiririk ki, Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə bu il avqustun 24-də “Şiveet Ulaan” movzeleyində “Böyük Çöl Köçəriləri: Tarixi və Mədəni Bənzərliklər” adlı türk və monqolustanlı arxeoloqların iştirakı ilə baş tutacaq II Səhra Seminarında arxeoloji tapıntılarla bağlı ətraflı təqdimat keçiriləcək. Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya və Türkiyədən elm adamları və mətbuat nümayəndələri iştirak edəcəklər. 20-27 avqust 2016-ci il tarixləridə isə “Tanrı dağından Ötükənə: Böyük Çöl Köçəriləri: Tarixi və Mədəni Bənzərliklər” adlı beynəlxalq tədqiqat səfəri həyata keçiriləcək.