İstənilən orta məktəbdə istedadlı şagirdlər vardır. Bu şagirdləri necə üzə çıxarmaq olar?

 

 

Gəncə şəhər 37 saylı ümumi orta məktəbin ibtidai sinif müəllimi Aynur Abbasovanın şagirdlərlə işini sizlərə təqdim edirik.

Cəmiyyətin inkişafında əsas kriteriyalar arasında təhsil mərkəzi yeri tutur. Dövlətimiz təhsil sisteminin prioritet inki¬şafı, onun həyata keçirilməsi strategiyasını müəyyən etmiş, bu sistemin dayanıqlı inkişafını və normal fəaliyyətini təmin et¬mək üçün bütün vacib addımları atmışdır. Təhsil sisteminin inkişafının əsas məqsədi cəmiyyətin iqtisadi və sosial inkişafı naminə sosial fəal, harmonik inkişafa malik, yaradıcı şəxsiyyə¬tin formalaşdırılması olmuşdur. Dövlətimizin atdığı bütün addımlar öl¬kəmizdə təhsil sisteminin inkişafındakı prioritet istiqamətlərin həyata keçirilməsini uğurla təmin etmişdir. Burada onu da qeyd etmək yerinə düşərdi ki, pedaqoqlara və onların işinə olan tə¬ləblərin yeni məzmun alması da onların öz peşəkar fəaliyyətinə yeni müstəvidə yanaşmasına səbəb olmuş, onları peşəkarlıq bacarıqlarını və biliklərini artırmağa daha da həvəsləndir¬miş¬dir. Bu sahədə dövlətimizin təhsilə istiqamətverici və yolgöstərici fəaliyyəti milli təhsilimizin uğurlu inkişafına bir qarantdır. Bu işdə dövlətimiz həmişə bizi dəstəkləyir, təhsil sisteminin inkişafının daha da geniş vüsət almasının təmin edilmə¬sində əməli addımlar atır. Ümümi təhsilin standartla reallaşması ilə istedadlı uşaqların axtarılması və dəstəklənməsi üçün hər tərəfli axtarış sistemi ilə birlikdə, həm də onların şəxsiyyətinin bütün formalaşma müddətində müşahidə edilməsinin vacibliyi ortaya çıxır. Məktəblilərin fərdi bacarıq və imkanlarını nəzərə almaqla, yaradıcı fəallığını inkişaf etdirilməsi, ilk növbədə, yaradıcı uşaqların aşkar edilməsi və dəstəklənməsi , bunun üçün isə siniflərdə yaradıcı mühitin inkişaf etdirilməsini önə çəkir. Bu, onlarda yaradıcı təşəbbüsün dəstəklənməsi ilə yanaşı , həm də bir şəxsiyyət kimi formalaşmasına xidmət edəcək digər dəyərlərin aşılanmasına da xidmət edir. İstənilən orta məktəbdə istedadlı şagirdlər vardır. Bununla belə, onlarda olan yaradıcı fəallıq yalnız təcrübəli müəllimlərin təsiri ilə artır. Uşaqlarda yaradıcı həvəsi daha da artırmaq, onların maraqlarına hörmətlə yanaşmaq, onları duymaq, həvəs və bacarıqlarını düzgün səmtə yönəltmək, onları həvəsləndirmək uşaqlara yalnız sevinc bəxş edir. Bu səbəbdən müasir təhsil sistemində formalaşmış istedadlı şagirdlərə dəstək olmaq üçün xüsusi sistemin yaradılmasına ehtiyac duyulur. Hər bir istedadlı uşağın nailiyyətini aşkara çıxarmaq üçün ümumi, yaradıcı təhsil mühiti yaradılmalı, bu istiqamət çərçivəsində, məqsədyönlü səkildə yaradıcı mühiti dəstəkləmək, şagirdlərin özünü reallaşdırmaq imkanlarını sözün əsl mənasında işdə təmin etmək lazımdır. Bunun üçün məktəblərdə olimpiada və konkurs sistemini genişləndirmək, əlavə təhsil praktikası, müxtəlif növlərdə şagird mühazirə və seminarları təşkil etmək, istedadlı məktəblilərlə fərdi məşğulolma sistemini daha da dərinləşdirmək günün vacib tələblərinə çevrilməldir. Bu gün istedadlı uşaqların xüsusi nailiyyətlərinin daha dolğun hesabat mexanizmini işləmək üçün onların təbiətini dərindən dərk etməlisən. “İstedadlı uşaq” o uşaqdır ki, o, fərqli və rəngarəng fikirləri və bacarıqları ilə seçilir. Şagirdlərin hər birinin öz-özlüyündə hansısa sahədə istedadlı olduğunu nəzərə alsaq, onların təhsilinə, tərbiyəsinə, hərtərəfli inkişafına bütöv bir yanaşma tələb olunur. Bu sahədə müəllimlərə daha təkmil forma və məzmunda metodiki köməkliyin göstərilməsi də nəzərdə tutulan bu işlərin günün tələbləri çərçivəsində, keyfiyyətlə həyata keçirilməsinə şərait yaradardı.