Horadizdə aprel zəfərinə həsr olunmuş tədbir keçirildi.

Horadizdə aprel zəfərinə həsr olunmuş tədbir keçirildi. Deyerlerimiz.az saytl edu gov az saytına əsasən xəbər veririr. 

Aprelin 4-də TəhsilMüdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhərində aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş tədbir  keçirilir.

Tədbirin keçirilməsində əsas məqsəq Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünü qeyd etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verməkdir.

Tədbirdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər işçiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, KİV nümayəndələri, hərbçilər, tələbə-könüllülər, şagird və müəllimlər iştirak edirlər.

Tədbir çərçivəsində Horadiz şəhərində ucaldılmış “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət ediləcək və abidənin yaxınlığındakı ərazidə aprel zəfərindən ötən hər gün üçün 1100 ağac əkiləcək.