DMDTİB daha bir tədbir keçirdi

Sinifdənxaric işlərin düzgün təskili usaqlarımızı mənən zənginləsdirər və onların dünyagörüşlərinin inkişafına müsbət təsir göstərər

Bu gün “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyi Bakı şəhəri Sabunçu rayon F. Bayramov adına 22 saylı tam orta məktəbdə “ İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin formalaşmasında sinifdənxaric işlərin rolunun təbliği” mözusunda sayca ikinci təlimini keçirdi. Təlimdə iştirak edən şagirdlər və valideynlər qeydiyyatdan keçdikdən sonra şagirdlərə istifadə ediləcək paylaşma materialları paylanıldı. Öncə şagirdlərə ictimai birliyin bu günə kimi gördüyü işlərlə bağlı video çarxı təqdim edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra birliyin sədri Əli Cəfərov Layihənin məqsədi barədə iştirakçılara məlumat verdi. Ə.Cəfərov bildirdi ki, “əsas məqsədimiz yetişməkdə olan gənc nəslin dünyagörüşünü formalaşdırmaq, onların mənəvi aləmini zənginləşdirməkdir”.Birliyin sədri uşaqların asudə vaxtlarının düzgün təşkil olunmadığı üçün onların əsas toplaşdıqları yerlər ya çayxanalar, ya da radikal dini qrupların məskunlaşdıqları ofislərdir. Bu vəziyyət sonradan həm ailə, həm də cəmiyyət üçün problemə çevrilir. Layihənin Azərbaycan Respublikası Rrezdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyələşdirildiyi qeyd olundu. Ə. Cəfərovdan sonra təlimçi Cavid müəlim şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində sinifdənxaric işlərin rolu ilə əlaqədar çıxış edib. “Sinifdənxaric işlər düzgün təşkil edildikdə şagirdlərdə əxlaqi dəyərlər formalaşır və onların dünyagörüşləri artır” – deyə qeyd edən mütəxəssis bildirdi ki, şifahi xalq ədəbiyatı incilərinin mənimsənilməsi insanın dünyagörüşünün formalaşmasında, vətəndaş cəmiyyətinə inteqrasiyada ona yardımçı olacaq Şagirdlərdən Fatimə,Kənan, Xatirə , Alya , Cavad ,Elşad, Fatiməvə başqaları nümunəvi şagird kimə deyilir, qocalara niyə hörmət etmək lazımdi , əməksevərlik nə deməkdir kimi müəllimənin ünvanladığı suallara cavab verdilər. Təlimin sonunda 22 saylı orta məktəbdə uzun müddət çalışan Qəsidə müəllimə və Tünzalə və Turanə müəllimə məktəblərdə bu formada keçirilən təlimlərin müsbət nəticələri barədə fikilərini bölüşüblər. Təlim Urmiyalı asıq Səid Əsgərin “ Qacaq Nəbi” mahısılə başa çatdı.