Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi təlimlərə başladı

Bu gün Demokratiyanin və Milli Dəyərlərin Təbliği – İctimai Birliyi Z . Məmmədov adına 171 saylı tam orta məktəbdə “İnteraktiv təlim sistemini tətbiq etməklə şagirdlərdə vətən sevgisi hisslərinin aşılanması” mövzusunda ilk təlimini keçirdi.Təlimdə şagirdlərlə yanaşı onların valideynləri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Xanım müəllimə, DMDT-İB İdarə heyyətinin üzvü Cavid Əli oğlu və Məktəbin direktor müavini Abdurrahmanova Sevil iştirak edirdi.Himnimizin səslənməsi ilə təlimə başlayan DMDT-İB rəhbəri Cəfərov Əli təlim iştirakçılarını və valideynləri salamlayaraq təlimin əsas məqsədi barədə qısa və əhatəli məlumat verdi. Bizim əsas məqsədimiz interaktiv təlim metodunu tətbiq etməklə Şagirdlərdə vətən sevgisi hisslərini formalaşdırmaq, qəhrəmanlarımız haqqında məlumat vermək, şifahi nitq bacarığınızı inkişaf etdirmək, eyni zamanda fənn kurikulumunun üstünluklərini valideynlərə izah etmək və ictimaiyəti maarifləndirməkdir. Təlim zamanı çıxış edən 171 saylı tam orta məktəbin direktor müavini Abdurrahmanova Sevil bu uğurlu layihəni həyata keçirdiyi üçün DMDT-ictimai Birliyinə dərin təşəkkürünü bildirdi. Azərbaycan xalqının mübariz, qeyrətli bir xalq olduğunu və hər zaman yüksəklərə layiq olduğunu vurğulayan Sevil müəllimə bunuda qeyd etdi ki, bu lahiyə şagirdlərdə vətən sevgisi hisslərini daha da gücləndirəcək.Sonra söz təlimçi Xudiyeva Məhəbbət müəlliməyə verildi. O, B.Vahabzadənin “Şəhidlər” Şerini –İKT( İnformasiya komnukasiya texnologiyası) üsulu ilə tədris etdi. Təlim zamanı inteqrativlik prinspindən istifadə edilərək fənn daxili və fənnlər arası inteqrasiyadan istifadə olundu (Musiqi,Təsviri İncəsənət).Təlimin sonunda təlimçilərin mövzunu necə mənimsədiklərini müəyən etmək məqsədilə sual-cavab edildi.ANNET.Az

 

Ötən gün Demokratiyanin və Milli Dəyərlərin Təbliği-İctimai Birliyi Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “İnteraktiv təlim sistemini tətbiq etməklə şagirdlərdə vətən sevgisi hisslərinin aşılanması” mövzusunda 2-ci qrup üzrə 1-ci təlimini keçirib.

Təşkilatdan JAM.AZ-a verilən məlumata görə, təlimdə şagirdlərlə yanaşı, onların valideynləri, DMDT-İB İdarə heyyətinin üzvü Cavid Əlioğlu və məktəbin direktor müavini Sevil Abdurahmanova da iştirak ediblər.

Dövlət himninin səslənməsi ilə təlimə başlayan təlimçi Rəmziyyə Həbilova ilk sözü təlimin rəhbəri Əli Cəfərova verib. O uşaqlara və valideynlərə təlimin əsas məqsədi barədə əhatəli məlumat verərək bildirib ki, lahiyənin icrası Azərbaycan Respublikası Prezdenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Təlimçi Rəmziyyə müəllimə mövzu ilə əlaqədar şagirdlərlə məlumat mübadiləsi apardıqdan sonra təlimçiləri 4 qrupa (Şəhid, Vətən, 20 yanvar, Qərənfil) bölüb. Beş nəfərdən ibarət olan qrup üzvləri özlərinə qrup lideri seçiblər. Təlimçi B.Vahabzadənin “Şəhidlər” şerini- İKT üsulu ilə tədrisinə başlayıb. Təlim zamanı inteqrativlik prinspindən istifadə edilərək fənn daxili və fənnlər arası inteqrasiyadan istifadə olunub (Musiqi,Təsviri İncəsənət).

Təlim zamanı şagirdlərə ayrılan vaxtdan səmərəli istifadə edən uşaqlar sonda öz işlərini sərbəst təqdim ediblər. Qrup liderləri öz nümayəndələri ilə birlikdə verilən suallara dəqiq cavab veriblər. Müasir təlim metodu ilə keçirilən təlimdə şagirdlər mövzunu sərbəst mənimsəyiblər, Şəhid, vətən sözlərini əlaqələndiriblər.