Bakıda “Özəl təhsil: Dünən, bu gün və sabah” adlı təhsil seminarı keçirilib.

Bakıda “Özəl təhsil: Dünən, bu gün və sabah” adlı təhsil seminarı keçirilib.

Mektebgushesi.az xəbər verir ki, 28 dekabr 2018-ci il tarixində Bakı şəhərində KAMAL Kurslarının təşkilatçılığı ilə bir neçə təhsil mütəxəssisi, valideyn və şagirdlərin, eləcə də əvvəlki illərin məzunlarının iştirakı ilə Kursun Nərimanov filialında “Özəl təhsil: dünən, bu gün və sabah” mövzusunda seminar keçirilmişdir.

Sözügedən seminar gənc ictimai fəal Turan Həsənlinin moderatorluğu ilə baş tutmuşdur. Qonaq qismində iştirak edən təhsil eksperti Nadir İsrafilov, Kamal Kurslarının icraçı direktoru Kamran Əsədov, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov və “Çinar” yayımlarının icraçı direktoru Əli Hənəfiyev Azərbaycanda özəl təhsilinin dünəni, bu günü və sabahı ilə bağlı çox maraqlı müzakirələr aparmışlar.

Seminarda özəl təhsilin yaranma şəraiti, dünya təhsil sistemində vəziyyəti və Azərbaycandakı mövcud şəraitin müqayisəsi və s. kimi məsələlər ətrafında müzakirələr edildi. Seminar aprel ayında keçirilməsi nəzərdə tutulan FORUMa hazırlıq məqsədi daşıyır.

Təhsil seminarında Kamal Kursları ilə yanaşı “Welcome travel” şirkəti, “Avantaj Tədris Mərkəzi” və “Şəfəq” Kurslarının rəsmi nümayəndələri də iştirak ediblər və onlar da özəl təhsillə bağlı öz təkliflərini irəli sürüblər. Kamal Kurslarında yüksək nailiyyət göstərən abituriyentlərə və məzunlara həmin şirkətlər tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Kamal Kurslarının təşkil etdiyi “Özəl təhsil: Dünən, bu gün və sabah” adlı təhsil seminarının rəsmi media tərəfdaşı Enter.News saytıdır.

Tədbirdə çəkilən şəkilləri oxuculara təqdim edirik:

 

news-detail