Artıq reklam daşıyıcıları ümumtəhsil məktəblərindən 100 metr aralıda yerləşdiriləcək.

 

Təhsil sahəsində ən hüquqi ali bazaya sahib olan Təhsil haqqında qanuna edilən son dəyişikliklərdən biridə reklam və elanların dərsliklərdə yerləşdirilməsi məsələsidir. Təhsil haqqında qanuna edilən son dəyişikliyə əsasən artıq bu hallara yol verilməyəcək. Bu yeni qayda valideynlərin və şagirdlərində razılığına səbəb olmuşdur. Təhsil haqqında qanunun 11.4 maddəsinə əsasən aşağıdakı yeni bənd əlavə olunmuşdur.

Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

Hazırladı: Cavid Əli oğlu Turan