Əli Cəfərov tədbir keçirib

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyindən (DMDT İB) “XuralTac”a daxil olan məlumata əsasən, DMDT İB Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhəri Xətai rayon 24 saylı orta məktəbdə “Şagirdlərdə vətən sevgisi və əxlaqi dəyərlərin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda növbəti treyninqini həyata keçirib. Təlim hər biri 15 şagirddən ibarət olmaqla üç qrup arasında keçirilib. Təlimdə şagirdlər şifahi xalq ədəbiyyatı incisi olan “Dədə Qorqud” dastanında yer alan vətən sevgisi, M.Ə.Sabirin yaradıcılığındakı əxlaqi dəyərlər və M.C.Paşayevin yaradıcılıgı ilə tanış olublar. Bundan əlavə, şagirdlərlə Vətən sevgisi və əxlaqi dəyərlər mövzusunda söhbətlər edilib. Təlimlərin gələn həftə də davam etdirilməsi nəzərdə tutulur.

XuralTac