Təşkilat haqqında

“Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyi 2006-ci ildə təsis edilib. 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
İctimai Birliyin ali orqani ümumi yığıncaqdır.
İctimai Birlik iki ildə bir dəfə ümumi yığıncaqda seçilmiş idarə heyyətinin sədri tərəfindən idarə olunur.

İctimai Birliyin məqsəd və vəzifələri:
1.Birliyin fəaliyyətinin əsas məqsədi demokratiyanın və milli dəyərlərin təbliğindən ibarətdir.
2.Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
– ölkədə aparılan demokratik islahatları təbliğ etmək;
-milli, mədəni, mənəvi dəyərlərin qorunmasına kömək etmək.
3.Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün
Birlik:
– müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər,sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları , forumlar və sair tədbirlər keçirir;
– bu mövzuda maarifçilik fəaliyyətini həyata keçirmək üçün ədəbiyyat nəşr edir və yayır;
– Azərbaycan Respublikasının aidiyyati dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir;
– Azərbaycan Respublikası qanunvericilik aktları ilə qadağan olunmamış digər iş forma və metodlarından istifadə edir.

Bu yazını başqa dildə oxuyun: Rusca

Leave a Comment