Uşaqlarda cinsi tərbiyənin yolları.

Uşaqlarımıza cinsi həyat mövzusunda danışmaq lazımdırmı?
Uşaqların cinsi məsələlərə aid sualları valideynləri xüsusilə qorxuzur. Əgər uşaq doğum, cinsiyyət fərqi, ana və atanın rolu kimi mövzuları valideynlərindən öyrənməsə, başqa yerlərdən öyrənməyə başlayacaq. Milli mentalitet və ya abır-həya kimi yozub övladımızla bu mövzularda tam qapalı olsaq övladımızın bu mövzuları daha yalnış yerlərdən öyrənməyə başlayacaq. Bəzən uşaqların cinsiliklə əlaqədar soruşduqları suallara yalan cavablar vermək və ya heç cavab verməmək haradasa bir ənənə halını almışdır. Məsələn mən necə doğuldum vəya kiçik qardaş bacım hardan oldu sualına, mağazadan almışıq və s. kimi cavablar heçdə uşağın tərbiyəsi, həyatı anlaması üçün deyilən düzgün sözlər deyil.

Bu rəftar uşaqlar tərəfindən “bununla maraqlanmaq qadağandır” deyə başa düşülür. Qadağan olunan nəyəsə uşağın marağı daha çoxdur ki, bu da uşaqların maraqlarını iki qat artırır, araşdırmalarını dərinləşdirir. Cinsi tərbiyənin kiçik yaşlardan başlaması insan şəxsiyyətini düzgün tərbiyələndirmək, ictimai və əxlaqı normaları, psixoloji və fizioloji xüsusiyyətlərini tərk etmək ən əsası öz cinsi və müqabil cinslə düzgün münasibət yaratmağa kömək etməkdir.
Uşaqlarda cinsəllik uşaqlar doğulandan inkişaf etməyə başlayar. Hələ körpəlikdən oğlan uşaqları öz cinsi orqanlarını çəkişdirirlər; lakin qız körpələr cinsi orqanlarının gizli olması səbəbiylə toxunmaqda daha çətinlik çəkirlər, bu səbəblə qız körpələrdə cinsi orqanlarına toxunma daha az görülür. Bəzi ana atalar bu erkən cinsi marağa görə və bunun anormal hal hesab etdiklərindən narahat olurlar. əslində isə tamamilə təbii, normal haldır. Cinsi təhsil bu nöqtədə başlayır. Bəzi valideynlər bunun erkən cinsi maraq olduğunu fikirləşərək atdıqları çaşdırıcı və qorxuducu ola biləcək hirsli bir reaksiyanın gəlməsi, sizin körpənizin romantik inkişaf baxımından zərərlidir. Uşaq lap körpəlikdən özünü kəşf etməyə başlar. Hətta ilk olaraq altının dəyişdirilməsi zamanı cinsi orqanına toxunar və bu toxunuşun ona həzz verici olduğunu öyrənir.
Tualet mədəniyyəti uşaqların cinsi orqanına olan əlaqəsi və marağı da artırar. Oğlanların axışı nəzarət etmək üçün işlərini görəndə cinsi orqanlarını tutmaq xoşlarına gedecək. Tualet kağızıyla silinmək, qız uşaqları üçün xoşa gələn yeni bir duyğu ortaya çıxacaq. 3-5 yaş arasında artıq uşaq öz cinsinin fərqindədir, qarşı cinslə özünü müqayisə edib nəticələr çıxardaraq suallarına başlayar. Bu cinsi suallar daha çox onun necə doğulması, qarşı cinsdəki fərqli görünüşlərlə bağlı ola bilər.
Mütəxəsislər müəyyən edib ki, uşaqlar 5 yaşında özlərinin haradan əmələ gəldiklərini, 6-7 yaşlarında burda atanın funksiyaları öyrənmək istəyirlər. Bu vaxt uşaqlara sadə və qısa şəkildə düzgün cavablar vermək lazımdır. Qısacası körpələrin cinsi mövzulardakı problemlərinə yaşları nəzərə alınaraq cavab verilməlidir və bu valideyn tərəfindən çox normal qarşılanmalıdır.
Cinsi məlumat mövzusunda usağınızı köməksiz qoymaq olmaz. Bəzən isə valideynlərin sərt təbkisi cinsi bir sual olarsa o dəqiqə sərt bir reaksiya uşağınızda ən pis, cinsi hadisələrin çox gözəl bir şey olmadığı, maraqlanılan mövzunun qadağan, murdar ya da günah olduğu inancı yaşadar. Şüuraltına itələnilən bu inanc, bir çox yetkin insanın həyatına təsir edir. Çünki belə bir qadağan, səhv və utanc anlayışlarıyla inkişaf edən uşaqda cinsi istək, ehtiyac və davranışlar, adamı irəlidə quracağı evlilikdə gözəl, sağlam, xoşbəxt bir fiziki sevgi anlayışına apara bilərmi? Uşaqlıqlarında fiziki sevgiyə səhv hazırlanan kəslərin cinsi funksiyalarını zövqlü bir vəzifə kimi yerinə yetirdikləri və iyrənmə halına düşməsi bir çox mütəxəssis tərəfindən müəyyən olunmuşdur.
Əslində uşaqlarda sağlam olmayan maraq yoxdur. Bəzən isə ana atalar, “bu mənim uşağımı maraqlandırmır”, “uşağım bunlarla heç maraqlanmaz”, “bunları heç düşünmür” deyə qurur hissi keçirərlər. Mütəxəsislər qeyd edir bu vəziyyətdə çox təhlikəlidir.
Belə vəziyyətdə uşaqlar maraqlarını ya içlərində saxlayarlar, ya da şüurlu olaraq basdırarlar. Mütəxəsislər bunun da övladlarınız üçün təhlükəli olduğunu deyirlər.
Unutmayaq ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. Hər suallarını diqqətlə dinləyək, yaşlarına uyğun cavablar verək ki, övladlarımımz cavabları yanlış yerlərdən axtarmasınlar.