Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb eləmə.

Tərbiyədə 10 qızıl qayda

1. Gözləmə ki, uşağın sənin kimi, və ya sənin istədiyin kimi olsun. Ona sənin kimi yox özü kimi olmağı öyrət.

2. Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb eləmə.Sən ona həyat vermisən, o bunun hesabını necə ödəyə bilər? O, da başqasına həyat verəcək, başqası da digərinə və bu qayıtmayan minnətdarlıq qanunudur.

3. Acığını uşağın üzərinə tökmə ki, qocalanda da “acı çörək” yeməyəsən. Nə əkərsən onu da biçərsən.

4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkə biləcəyi yükü verir, İnan ki, ona öz problemləri sizkilərdən daha ağırdır, çünki o, Sizə nisbətən qat-qat təcrübəsizdir.

5. Alçaltma! 6. Unutma insanın ən vacib görüşü –onun uşaqlarla olan görüşüdür. Onlara daha çox diqqət yetir, biz heç vaxt uşağın timsalında kimin yetişdiyini bilə bilmərik.

7. Əgər uşağın üçün heç nə edə bilmirsənsə, özünə əzab vermə. Əzabı o zaman ver ki, bacarırsan, amma etmirsən. Unutma, əgər uşaq üçün bacardığın hər şeyi etməmisənsə, deməli onun üçün kifayət qədər etməmisən.

8. Uşaq sənin təkcə həyatına hakim kəsilən, ətdən və qandan ibarət olan tiran deyil. Onu qorumağın və yaradıcılıq alovunu inkişaf etdirmən üçün həyatın sənə üçün verdiyi ən dəyərli töhfədir. Bu atanın və ananın sonsuz məhəbbətlə böyütdükləri “öz” uşaqları deyil, öz qəlbi, ruhu olan insandır.

9. Başqasının övladını sevməyi bacar. Öz övladına edilməsini istəmədiyin şeyləri başqasına qarşı etmə.

10. Öz övladını istənilən halda sev- istedadsız, uğursuz, böyümüş olsa da. Onlarla münasibətdə olduqca sevin, cünki, uşaq nə qədər ki, səninlədir, bayramdır. Yanuş Korçak, polyak pedaqoq, yazıçı, publisist, ictimai xadim.