Təlim tərbiyədə istifadə olunan 10 olmaz .

Müəllimlər şagirdlərə müqəddəs milli vətənpərvərlik keyfiyyətlərini aşılayarkən onların qəlbində məhəbbət və düşmənə nifrət qığılcımını yandırır, onlarda mübarizliyi tərbiyə edirlər.Qabaqcıl məktəblərdə işgüzar müəllimlər şagirdlərdə valideynlərə, qohumlara və yaxınlara məhəbbət tərbiyə edərkən on olmaz xüsusi əhəmiyyət verirlər. Həmin on olmaz bunlardır:

 

1.İşsiz qalmaq olmaz.İnsanın əlini işsiz, başını fikirsiz qoymaq olmaz.İnsanın mənəviyyatı bu vaxt pozulur.

2.Qocalara və qocalığa gülmək olmaz.Qocalıq müqəddəs işdir, qocalıq ömrün sonu olmayıb, onun çələngidir. Yaşlılara hörmətlə yanaşmaq lazımdır.Dünyada üç şey var ki, onu müqəddəs saymaq lazımdır: Vətəni sevmək; məhəbbət; qocalığa hörmət.Hələ min il bundan əvvəl “Qobusnamə” müəllifi deyirdi ki, beli bükülmüş, qəddi kaman kimi əyilmiş bir qoca əsaya söykənə-söykənə gəlirmiş. Bir cavan onu ələ salmaq üçün deyir:”ey şeyx, bu kamanı neçəyə alıbsan, de, məndə alım”. Qoca deyir:”Əgər ömrün olsa, səbr etsən, onu sənə havayı bağışlayarlar”

3.Hörmətli, nüfuzlu, yaşlı admlarla, xüsusən qocalarla təkəbbürlə danışmaq olmaz. Bu insan müdrikliyində çatışmıyan cəhətdir. Düşünmədən, ölçüb-biçmədən yaşlıların verdiyi məsləhətin əleyhinə cıxmaq, onların sözünü kəsmək olmaz. Hələ XIII əsrdə yaşamış böyük şair Sədi Şirazi deyirdiki, yaşlı adamın sözünü kəsmək nadanlıqdır.

  1. Səndə olmayan, lakin yaşıdımda olan hər hansı bir şeyi valideyndən tələb etmək olmaz.
  2. Ananın özünə ala və ya verə bilmədiyi hər hansı bir şeyi ondan tələb etmək olmaz. Ana özü geymir, sənə hədiyyə edirsə, ondan imtina etmək vacibdir. Əgər övlad ailədə özünü müstəsna bir varlıq hesab edərsə, onun bu müstəsnalığı zəhərə bənzəyir. Həmin zəhərə qarşı barışmazlıq ən böyük xoşbəxtlikdir.

6.Yaşlılar xoşu gəlmədiyi hər hansı bir hərəkəti, ya onların gözü qarşısında, ya da onlar görməyəndə etmək olmaz. Hər bir uşaq (şagird) öz hərəkətlərinə yaşlıların gözü ilə baxmalıdır. Uşaq belə düşünməlidir: etdiyim bu hərəkəti yaşlı adamlar görsə nə deyərlər.Uşaq düşünməlidir ki, ata və ananın özünün mənəvi aləmi var.

  1. Heç vaxt doğma, əziz adamı yaşlı vaxtında tək qoymaq olmaz. Xüsusilə ananı tək qoymaq olmaz. Bu bir həqiqətdir ki, övladın ( oğul və ya qızın) hər bir sözü , təbəssümü, sözün deyilmiş ahəngi ana və ya atanın sevinc mənbəyidir. İnsan ömrünün sonunun yaxınlaşdığını hiss etdikcə onu tənhalıq edərdi, kimsəsizlik sıxır. Qoca babanı, qoca tanı, ananı tənha qoymaq olmaz.Övladlar unutmamalıdır ki, belə bir gün onlar üçün də var. İnsan həyatının elə bir dövrü gəlir ki, heç bir sevinc, şadlıq insani ünsiyyətin gözəlliyini, sevincini əvəz edə bilməz. Gürkəmli pedaqoq S.M.Qənizadə deyirdi ki, tənhalıqdan bəla törəyir.O adam xoşbəxtdir ki, həyatda tənha qalmır.
  2. Yaşlılardan , xüsusilə baba ilə məsləhətləşmədən, onun xeyir-duasını almadan səfərə çıxmaq, hər hansı bir iş dalınca getmək olmaz.

9.Yaşlı adamları, ata və ananı, nənə və babanı dəvət etmədən xörək yemək üçün süfrə ətrafında oturmaq olmaz. Aclıq fizioloji faktdır. İnsanlar yemeyi heyvan kimi deyil, ailə üzvləri ilə birlikdə stol arxasında süfrədə yemeyi fikirləşib tapmışlar.Süfrə başında yaşlılara , qadınlara nəzakətlə xidmət etmək vacibdir.

  1. Yaşlı adamların birinci salam verməsini gözləmək olmaz.Birinci yeniyetmə və gənclər yaşlılara salam verib, onlarla hal-əhval etməlidirlər. Bu insan ləyaqətinə hörmətdir.

 

Bu on olmaza əməl etmək böyük səy tələb edir, tərbiyə prosesin ahəngdarlığını təmin edir. Hörmətə layiq insanlara hörmət etmək vacibdir. Yol göstərən məşəl o adam olur ki, o insanların yoluna işıq saçmağı bacarır.