Müəllim diskusiyanı idarə edən və bələdçidir. Müəllim demokratik dəyərin sahibidir.

Şəxsiyyətyönümlü təlimdə şagirdin rolu
Yayınlayan: Təhsil Problemləri | 16 Avqust 2014 | 0
Şəxsiyyətyönümlü təlim müəllim və şagirdin şəxsi keyfiyyətlərinin maksimum üzə çıxarılması və inkişaf etdirilməsi, bilik və bacarıqlarının möhkəmləndirilməsinə yönəlmiş iş sistemidir. Şəxsiyyətyönümlü təlimdə şagirdlərin hərtərəfli, sərbəst və yaradıcı inkişafı əsas məqsəd kimi qarşıya qoyulur. Müəllim şagirdlərə müəyyən biliklər verməsi ilə bərabər həm də onlara öyrənməyi öyrətmək, əldə etdiyi informasiyalardan istifadə etmək bacarığını aşılamalıdır. Müəllim və şagird bu təlim prosesində bərabərhüquqlu üzvlərdir və müəllim bələdçi rolu ilə şagirdlərdən fərqlənir. Sinifdə hər bir şagird özünü bərabərhüquqlu şəxsiyyət kimi dərk edir, yoldaşlarını şəxsiyyət kimi görür, özünə və onlara hörmət etməyə başlayır. Bu təlimdə şagirdlər hörmət, qarşılıqlı əməkdaşlıq prinsiplərini möhkəmləndirir.

Şəxsiyyətyönümlü təlimdə müəllimin rolu çox böyükdür. Müəllim diskusiyanı idarə edir, köməkçi suallar verir, şagirdlərdə tənqidi fikirləri, öz-özünə nəzarəti, özünüqiymətləndirməni, müstəqilliyi və s. keyfiyyətləri üzə çıxarır.

Müəllim əldə olunmuş bilik və bacarıqları praktik fəaliyyətdə effektli, səmərəli tətbiq edilməsini əldə olunmuş bilik və bacarıqların təkrarlanması ilə formalaşdırır.

Şagirdlərin fəallığına çalışmaq, qarşılıqlı dialoqların qurulmasına üstünlük vermək daha məqsədə uyğundur.

Şagirdlərin tədqiqat aparması müasir dərsin ən böyük üstünlüklərindən biri olsa da, onların axtarıcılıq və tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Təfəkkür fəaliyyətini müstəqilliyi, fərqli fikirlərin müzakirəsi şagirdlərdə müzakirə etmək və düzgün nəticə çıxarmaq qabiliyyətini möhkəmləndirir. Dərsdə “səni öyrədirəm” yox “biz birlikdə öyrənirik” prinsipi müəllim və şagirdlər arasında tərəfdaş, yoldaşlıq, hörmət, məhəbbət hisslərini formalaşdırır. Şəxsiyyətyönümlü təlim şagirdlərin idrak, yaradıcılıq, tədqiqatçılıq qabiliyyətlərini və fənnlərə marağını artırır. Nəticədə təlim-tərbiyə prosesində şagirdlərin fəallığı yüksəlir, psixoloji gərginliyi azalır.

Eyni zamanda şəxsiyyətyönümlü təlimin məqsədi şagirdin şəxsi keyfiyyətlərinin, onun idrakı fəallığının möhkəmlənməsinə səbəb olur. Şüurlu təlimin əsasında şagirdin yaradıcı təxəyyül və təfəkkürə malik olması durur. Bunsuz nə uğurlu təlim, nə də özünütəlim mümkün deyil. Əgər şagird məlum bir şeyi qeyri-məlumdan ayıra bilirsə, müəyyən edilməli olan məsələləri görə bilirsə, bu o deməkdir ki, təlim sərbəstliyinin əsası qoyulub.

Beləliklə, şəxsiyyətyönümlü təlim prosesi bir şagirdin fərdi nümayiş etdirməyə, özünü qiymətləndirməyə, sərbəst bilik və bacarıq əldə etmək, bu bilikləri onun üçün maraq kəsb edən və müxtəlif fəaliiyət sahəsində tətbiq etməyə haqlı olduğunu qəbul etməsidir. Şəxsiyyətyönümlü təlim forması şagird üçün həyat dərsliyinə, şəxsi inkişaf və həyati problemlərin həlli üçün bir vasitəyə-acara bənzəyəcək. çünki təlim prosesində şəxsiyyətyönümlülük şagirdin şəxsiyyətinin öyrənilməsidir.

Surə Cəbrayılova,
İsmayıllı rayon Talıstan kənd tam orta məktəbinin
ibtidai sinif müəllimi

Filed in: ARAŞDIRMA
Mənbə. Tehsilproblemleri.com-a məxsusdur.