İCTİMAİ ƏDALƏT və TƏHSİL

İCTİMAİ ƏDALƏT VƏ TƏHSİL
İctimai ədalət anlayışın tərifini deyil praktik həyatda necə təcəssüm etdiyini və təhsillə əlaqəsini anlatmaq istəyirəm. 19. Əsrin birinci yarısında çox ağır şərait altında işləyən fəhlələr öz yaşayış və iş şəraitini yüksəltmək üçün mitinqlər edir, aksiyalar keçirdirdilər. Böyük ixtişaşların sonrasında fəhlələr üçün ictimai ədalət(social justice) anlayışı ortaya çıxdı. İctimai “cəmiyyətlə əlaqədar olan” mənasına gəlirdi, ədalət isə Aristotel və Əflatunun təriflərini sintez edərək desək cəmiyyətdə heç kimin haqsızlığa uğramaması və heç kimin haqsızlıq etməməsi mənasına gəlir. Cəmiyyətdə ictimai ədalət heçkimin imtiyazlı olmamağı şəklində özünü göstərir. Cəmiyyətdə bəzən təbii olaraq, bəzən də süni şəkildə siniflər əmələ gəlir. İnsanların sahib olduğu xüssusiyətlər onlardan bəzilərini marafonun gerisində buraxır. Beləcə maddi rifahı fərqli olan insan sinifləri əmələ gəlir. Bu siniflərin getdiyi marketlər, idman zalları, toy və yas məclisləri ümumla bütün həyatları fərqlilik göstərir. Sizə bilmədiyiniz bir şey dəməyəcəyəm: onların aldıqları təhsil də dəyişir. Getdikləri təhsil müəssisəsi dəyişir və bələliklə onları gözləyən gələcək də dəyişir. Belə olduqda ictimai ədalətsizliklər qaçınılmaz olur. Fəhlənin övladı məktəblər arasında fərqlər əmələ gəldiyi üçün yaxşı məktəbə gedə bilmir. O yaxşı universitetə də girə bilməyəcək ehtimal ki və əsgərdən qayıtdıqdan sonra atasının yanında işləməli olacaq. Deməli təhsil müəssisəsi ve sistemi ictimai ədalətsizliklərin qanuniləşdiyi yer olur. Çünki məktəbdə fəhlənin uşağına uşağınız oxumur deyəcəklər, əlavə hazırlığa əhtiyacı olduğu mözusunda xəbərdarlıq edəcəklər. Ancaq fəhlənin imkanı çatmadığı üçün övladının “kəmsavad” olduğu düşüncəsi ilə barışmalı olacaq. Fəhlə övladını evləndirmək istəyəndə yenə gedəcək bir fəhlənin qapısını çalacaq.

Dövlətli tacir isə hər yerdə hörmət görəcək, işçilərinin əmək haqlarını qısma və ya onları çox işlətmə bahasına dövlətinə dövlət qatacaqdır. İbtidai sinifdən etibarən onun övladının müəllimləri uşağı tərifləyəcək. Uşağın müəllimləri az bir kömək ilə şagirdin daha yaxşı müvəffəqiyətlər əldə edəcəyini ifadə ədəcəklər. Varlı valideyn isə uşağının təhsilinə əhəmiyyət versə də, verməsə də pula qıyacaq və ən yaxşı təhsil müəssisələrinə göndərəcək. Uşaq isə ən pis halda dövlətli bir tacirin varisi olacaq və yaxşı təhsil almış insanların işlədiyi şirkətin başına keçdikdə aldığı təhsilin onun üçün həqiqətən də əhəmiyyətli olmadığı gün üzünə çıxacaq.

Sözün açığı ictiami ədalətin hökm sürdüyü bir zaman dilimini həqiqətən görmək istəyərdim mən. Bu bir idealdır. Ancaq bu ideala sahib insanlar ictimai ədalətsizliklərin azaldığını görəcəklər. Ümumi xəyal kimi görünsə belə regional ədalətin bərqərar olmağı üçün çalışmaq lazımdı. Valideynlərdən tutun ölkələri idarə edən rəhbərlərə qədər hamı ədalət paylayıcısıdır. İctimai ədalətin və bunun tərsinin nə olduğunu insanlar başa düşməlidir. Bunun zərərli olduğunu qəbul etməli və əhatə dairəsində ədalətin keşikçisi olmalıdır.

Təhsil də bu minvalda insanların baxış nöqte-i nəzərini genişlətməli və müstəqil düşünmə qabiliyyətlərini artırmalıdır. Təhsil siniflərin arasındaki uçurumların böyüməyi və qanuniləşməyinə xidmət etməməlidir. Təhsil hamıya könüllü ədalət polisi olmağı öyrətməlidir. Əsayişi bərqərar edən polislər kimi ədaləti də bərqərar edən polislər olmalıdır. Amma bu təyinatla, maaşla yox, vicdani bir qərarla həyata keçəcək bir hadisədir. Ancaq təhsil ictimai ədaləti öyrətməyə çalışarkən özü ədalətsiz davranarsa məqsədinə əsla nail ola bilməz.

Təhsil Xadimi
Mənbə. pedoqoq.az saytı. Təşəkkürlər.