Category Archives: Mənəviyyat

Şuşa
18 Feb

Şuşa Azərbaycanın ən dilbər guşələrindən biridir.

  Şuşa qalası Azərbaycanın tarixi memarlıq abidəsi baximindan ən öndə gələn nümunələrdən biridir.   Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır.Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qorumuş,uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da ələ keçirilə bilinməmişdir. Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında

Read More
18 Feb

Hz. Əli (ə)-ın ibrətamiz hikmətli sözləri.

  1.insanlar bilmədikləri şeylərə düşməndir.   2.Axmaqla yaxın dost olma. Öz etdiyini sənə gözəl göstərər, səni də özünə bənzətmək istər.   3.İbrət alınacaq şeylər çox, ibrət alanlar isə az.   4.Ağıllının zənni cahilin yəqinindən daha doğrudur.   5.Az elmi olub bildiyinə əməl edən, çox elmi olub əməl etməyəndən xeyirlidir.   6.Cahil dostundan çox ağıllı düşməninə

Read More
Qorqud
14 Feb

“Kitabi-Dədəd Qorqud” Azərbaycan Türkcəsinin tarixini öyrənmək baxımından qədim mənbədir.

“Kitabi-Dədəd Qorqud” Azərbaycan Türkcəsinin tarixini öyrənmək baxımından qədim mənbədir. Ənənəyə görə, “Kitabi Dədə Qorqud”da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.[3] Dastanların əsas süjeti aşağıdakı on iki

Read More
Momunə xatun türbəsi
11 Feb

Mömünə xatun türbəsi Şərq mədəniyyətinin ən gözəl incilərindən biri

MÖMİNƏ XATUN türbəsi  Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir. Abidənin üzərindəki kitabədən türbənin 1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə xatunun şərəfinə tikildiyi

Read More
10 Feb

Azərbaycanın mədəniyyət və incəsənəti ortaq Türk mədəniyyəti inciləridir

Türk xalqlarının ədəbiyyat və incəsənəti. Türk xalqları ədəbiyyatının 5 min ildən çox tarixi var. Bu xalqların tarix və ədəbiyyatını əks etdirən mənbələr yaddaşla ağızdan-ağıza keçən xalq yaradıcılığı ilə bağlıdır. Bu mənbələr türklərin əsrlərdən bəri yaratdığını qoruyub saxlamışdı. Hun türklərinin «Oğuz xaqan», göytürklərin «Boz qurd», uyğur türklərinin «Köç» dastanları islama qədər yayılmışdır. Islamdan sonra Qaraxanlı türkləri

Read More
Ud qədim musiqi aləti
09 Feb

Azərbaycanın ən qədim musiqi aləti. Qədim silivizasiya

Qopuz Ən qədim simli çalğı alətlərindən biridir. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e. ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılardan ən maraqlısı sinəsində qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən

Read More
09 Feb

Milli Geyimlər Azərbaycanın mədəni səviyyəsinin göstəricisidir

Azərbaycanın Milli Geyimləri   Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir.

Read More
09 Feb

Azərbaycanın maddi-mədəniyyət abidələrinin zəngin olması onun qədim tarixə malik olmasını sübut edir.

Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü İbtidai icma qurluşudur. Bu sinifli cəmiyyət insanların birgə yaşayışına dayanan, birgə əməyə əsaslanan bir cəmiyyətdir. Yazı isə bu qurluşun ən qədim mərhələsi olan daş dövründən bəhs edir. Paleolit dövründə insanlar gil qablar (keramika) ilə tanış deyildilər. Bu dövrdə əkinçilik və heyvandarlıq yoxdu. Paleolit dövründə həyatın sosial təşkili haqqında elmin əldə etdiyi nəticələr azdır

Read More
28 Aug

Tar haqqında məlumat

Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı alətidir. Dahi bəstəkar Üzeyir Hacıbəyov tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. “Tar” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri

Read More
09 Jun

Bir atanın səmimi etirafı

(Yazıçı L.İ.Larnın “Tərbiyəvi Xəbərdarlıq” əsərindən məqalə)   “ Əziz balam, qulaq as! Sən öz yatağında mışıl-mışıl yatan zaman bu kəlmələri sənə deyirəm. Sən öz balaca əlinin birini sinənə, o birisini isə başının altına qoyub yatıbsan. Mənsə gizlincə sənə tamaşa edir, öz səhvlərim haqqında dərin-dərin düşünürəm. Övladım! Doğrusu, sənə qarşı kobudluq etmişəm.Həmişə səni ayaqqabılarının çirkli olduğuna

Read More
Page 5 of 6« First...23456